Bayden Kolumbiyanı ABŞ-ın NATO xaricindəki müttəfiqləri sırasına daxil edib

0
133

ABŞ Prezidenti Cozef Bayden Kolumbiyaya Birləşmiş Ştatların NATO xaricində əsas müttəfiqi statusunu rəsmən verib.

Bu barədə “TEREFSİZ.AZ” ABŞ mətbuatına istinadən xəbər verir.

“Prezident kimi səlahiyyətlərim çərçivəsində mən Kolumbiyanı ABŞ-ın NATO-dan kənar əsas müttəfiqləri sırasına daxil edirəm”, – Vaşinqton administrasiyası rəhbərinin bazar ertəsi Ağ Ev tərəfindən yayılan memorandumunda deyilir.

 

TEREFSİZ.AZ