Bayden Quterreşlə Ukraynadakı müharibənin fəsadlarını müzakirə edib

0
94

ABŞ Prezidenti Cozef Bayden Nyu-Yorkda BMT-nin baş katibi Antoniu Quterreşlə görüşüb.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Görüşdə Rusiya və Ukrayna arasındakı vəziyyət, bunun beynəlxalq ictimaiyyət üçün təsirləri, müharibənin fəsadları müzakirə edilib.

Bayden, həmçinin Ukrayna taxılının Qara dənizdən keçirilməsi təşəbbüsündə gördüyü işlərə görə Quterreşə təşəkkür edib.

Tərəflər arasında görüş BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində baş tutub.

terefsiz.az