Bayram axşamı pirotexniki vasitələrdən 13 nəfər xəsarət alıb.
Terefsiz.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 31 dekabr-1 yanvar tarixlərində pirotexniki vasitələrdən xəsarət alan 13 nəfər Təcili Tibbi Yardıma müraciət edib.
Onlardan səkkiz nəfər xəstəxanalara yerləşdirilib, dörd nəfərə yerində yardım göstərilib, bir nəfərə məsləhət verilib.
İstinad: Oxu.az