Dünən Bakı Dövlət Universitetində imtahan zamanı müəllim İslam dinini və Quranı təhqir edib.
Terefsiz.az-ın məlumatına görə, bu barədə universitetin III kurs tələbəsi Elnar Buludov sosial şəbəkədə məlumat paylaşıb.
Tarix kafedrasının müəllimi Rabil Süleymanlının imtahan zamanı islam dini və Qurani-Kərim haqqında təhqiramiz ifadələr işlətdiyini və onu “terrorçu” adlandırdığını qeyd edib.
Məsələ barədə BDU-nun mətbuat xidməti ilə əlaqə saxladıq.
Universitetin mətbuat katibi Pərvanə İbrahimova saytımıza açıqlamasında bildirib ki, müəllim auditoriyadan uzaqlaşdırılıb:
“Tarix kafedrasının müəllimi Rabil Süleymanlıya şiddətli töhmət verilib”.
İlhamə Əbülfət
istinad:oxu.az