Belçika kralı atalıq testi vermədiyi üçün cəzalandırıldı
Terefsiz.az saytı xəbər verir ki, Brüsselin Apellyasiya məhkəməsi bu gün Belçikalıların Kralı II Alberti atalıq testindən keçmədiyi üçün cəzalandırıb. Atalıq testi tələbi kralın nikahdankənar qızı Delfina Boel tərəfindən qaldırılıb.
Delfina Boelin vəkili jurnalistlərə bildirib ki, əgər kral atalıq testindən keçməzsə ekspertizanın təyin etdiyi gündən sonra, ötürülmüş hər gün üçün kral 5 min avro ödəməli olacaq.
2018-ci ildə Brüssel məhkəməsi Delfina Boelin atası Jak Boelin onun bioloji atası olmamasını təsdiq edərək, 84 yaşlı II Albertə 3 ay ərzində atalıq testindən keçmək barədə qərar çıxardıb.
Delfina Boelin II Albertin qızı olması qanunla təsdiq olunsa o taxt- tacın varislərindən biri olacaq.
Delfina Boelin anası baronessa Sibill de Selis Lonqşamdır. O qızından uzun müddət həqiqəti gizlədib.18 yaşı olarkən Delfina anasının monarxla 16 il davam etmiş sevgi münasibətləri barədə öyrənib.
Qeyd edək ki, Kral II Albert 2013-cü ilin iyul ayında taxtını oğlu Kral Filipə təhvil verib.
Terefsiz.az