Berlində güney azərbaycanlılar etiraz aksiyası keçirib

0
86

Almaniyanın paytaxtı Berlində 2006-cı ildə İranda baş verən 22 may (1 Xordad) hadisələrinin növbəti ildönümü ilə əlaqədar keçirilən etiraz aksiyası başa çatıb.

“Terefsiz.az” xəbər verir ki,bu barədə “Report”un Avropa bürosunun aksiyanı işıqlandıran əməkdaşı xəbər verib.

“Unter Der Linden” meydanında keçirilən aksiya daha sonra yürüşlə davam edib.

Aksiyada azərbaycanlılar, türkiyəlilər, Qaşqay türkləri iştirak ediblər. Onlar “Azadlıq, Ədalət, Milli Hökumət” şüarını səsləndiriblər.

terefsiz.az