Liviya üzrə beynəlxalq konfransın iştirakçıları birgə bəyanat qəbul edərək, ölkədəki bütün hərbi hərəkətlərin dayandırılmasına, o cümlədən münaqişə tərəflərinə birbaşa yardımın göstərilməsinə çağırıblar.
Terefsiz.az saytı TASS-a istinadən xəbər verir ki, bu barədə Berlində keçirilmiş Liviya üzrə beynəlxalq konfransın yekunlarına dair qəbul edilən sənəddə bildirilir.
Konfrans iştirakçıları həmçinin tərəfləri qarşılıqlı etimadı gücləndirməyə imkan yaradan, o cümlədən əsirlərin dəyişdirilməsi kimi tədbirləri həyata keçirməyə çağırıblar.
Terefsiz.az