Beş rəfiqə eyni anda necə hamilə qaldığını danışdı – FOTO

0
190
Uzun müddət uşaq sahibi ola bilməyən beş rəfiqə hamilə qalıb.
Terefsiz.az xəbər verir ki, bu barədə “Daily Mirror” məlumat yayıb.
ABŞ-ın Nyu Cersi ştatının sakinləri olan Miki Berq, Amie Tomas, Kristin Metti, Kristin Heller və Seleste Zazzali ana olmaq arzusu ilə yaşayıblar. Onlar döl problemləri ilə üzləşən qadınlar klubunda görüşüblər. 2016-cı ilin iyun ayında Seleste Zazzali hamilə qalıb, bir neçə həftə sonra Heller hamilə olduğunu öyrənir, onun arxasınca isə digərləri.
Rəfiqələrinin də uşaq gözlədiyini bildikdən sonra Zazzali narahat olmağa başlayır. “Hər dördüncü qadının uşağını itirdiyini eşitmişdim. beş nəfər idik və istəmirdim kimsə uşağını itirsin”, – deyə o bildirib.
Hamiləlik dövründə dostlar hər həftə görüşür, birlikdə yoqa dərslərində iştirak edir və hər gün yazışırlar. Onlar bildirirlər ki, dəstək qrupundakı görüşləri çox köməklərinə gəlib. “Hamımız bilirdik ki, hər birimiz hansı çətinliklərdən keçirik. Bir-birimizi başa düşdük və dəstəklədik”, – deyə Zazzali söyləyir.
Qadınlar bildirirlər ki, sonsuzluq onları çox gücsüz hiss etdirirmiş, amma rəfiqələrin dəstəyi həmişə ruh yüksəkliyi verib.
2017-ci ilin fevral ayında ilk uşaq dünyaya gəlir. Digəri apreldə, qalan üçü isə  həmin ilin may ayında doğulur. O vaxtdan bəri qadınlar hələ də görüşür və bu görüşə onlar uşaqları ilə birlikdə gəlirlər. Rəfiqələr övladlarının böyüyüb yaxşı dost olacağına inanırlar.
Onların hamilə qalmalarına yardım göstərən həkim Maria Kostantini qadınların hələ də ünsiyyət saxlamasına təəccüblənmir:
“Çətin günləri yaşayan insanlar bir-biri ilə bağlı olduğunu hiss edirlər. Sonsuzluq bütün dünyanı alt-üst edən problemdir. Buna görə də onlar bir-birlərinə çox ehtiyac duydular”.
Rəfiqələr artıq uzun müddətdir, hamilə qalmağa çalışan digər qadınlara hekayələri ilə ilham verərək kömək etmək istəyirlər.