Türkiyə Superliqasının növbəti turunda “Qalatasaray”la qarşılaşacaq “Beşiktaş” ciddi itkilərlə üzləşib.
Terefsiz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubunun müdafiəçisi Duqlas uzun müddətə sıradan çıxıb. Braziliyalı futbolçunun ən azı bir ay meydana çıxa bilməyəcəyi məlum olub.
Xatırladaq ki, “Beşiktaş”da Dorukhan Toköz və Viktor Ruiz də uzun müddətə sıradan çıxıb.
“Beşiktaş” – “Qalatasaray” matçı oktyabrın 27-də keçiriləcək.