“Beşiktaş”da yeni prezident

0
156

 “Beşiktaş”ın yeni prezidenti müəyyənləşib.

Terefsiz.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Əhməd Nur Çebi İstanbul təmsilçisinin yeni prezidenti seçilib.

O, prezident seçkisində digər namizədlər Serdal Adalı və Hürser Tekinoktayı səsvermədə geridə qoyub. Çebi 5009, Adalı 2983, Tekinoktay isə cəmi 537 səs toplaya bilib.

Beləliklə, Əhməd Nur Çebi “Beşiktaş” tarixinin 34-cü prezidenti olub. O, qarşıdakı 2.5 il ərzində klubun başında olacaq.

Qeyd edək ki, klubun bundan əvvəlki prezidenti Fikrət Orman idi. 2012-ci ildən İstanbul təmsilçisinə rəhbərlik edən Orman oktyabrda istefa vermişdi.

Terefsiz.az