Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın müraicəti üzrə dinləmələr keçirəcək

0
69

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın müraicəti üzrə dinləmələr keçirəcək.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Məhkəmənin tviter hesabında qeyd edilib.

“Beynəlxalq Ədalət Məhkəməsi yanvarın 31-də Azərbaycan tərəfinin Ermənistanın azərbaycanlıların insan hüquqlarının məqsədyönlü şəkildə pozulmasına cavab olaraq, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə etdiyi ikinci müraciətə baxacaq”, – məlumatda deyilir.

Dinləmələr Sülh Sarayında keçiriləcək.

Qeyd edək ki, Azərbaycan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinə ikinci müraciətini yanvarın 3-də təqdim edib.

terefsiz.az