Hazırda qlobal bazarda neft tədarükü tələbatı üstələyir.
Terefsiz.az xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.
O bildirib ki, neft tədarükü tələbatı üstələyir və buna görə də “qara qızıl”ın qiyməti daha çox artmır: “Əgər Yaxın Şərq, İran, Səudiyyə Ərəbistanı və Liviyadakı proseslər əvvəllər baş versə idi, qiymət kəskin artardı. Qeyri-OPEC ölkələrinin istehsal paylarının artması nəticəsində OPEC-in dünyaya neftin qiymətini diktə etmək qabiliyyəti əhəmiyyətli dərəcədə azalıb”.
“Dünya iqtisadiyyatı çox kövrək bir dövrdən keçir. Çin kimi ölkələr aşağı artım tempi göstərir. Lakin buna baxmayaraq, neftin qiymətinin aşağı olması çox yaxşı xəbərdir”, – deyə F.Birol qeyd edib.
O, neftin qiymətinin məqbul səviyyədə qalacağını proqnozlaşdırdığını, 2020-ci ildə isə bərpaolunan enerjinin daha çox gündəmə gələcəyini vurğulayıb.