Beynəlxalq məsləhətçi müəyyən dövlət strukturlarının Bakının mərkəzindən kənarlaşdırılmasını təklif edir

0
274

“Birinci növbədə şəhər və şəhərətrafına təzyiqi azaltmaq barədə düşünməliyik. Müəyyən dövlət strukturlarının şəhərin mərkəzindən kənarlaşdırılması ideyalarına baxıla bilər. Şəhərətrafı ərazilərə düşən təzyiqi azaltmaq, daha ağıllı yanaşmaların tətbiq edilməsi barədə düşünməliyik”.

Terefsiz.az xəbər verir ki, bunu “AS +P” beynəlxalq şirkətinin icraçı direktoru Yoaxim Şares bu gün Bakıda Memarlar İttifaqı İdarə Heyətinin Bakının şəhərsalma inkişafına həsr olunmuş plenumunda çıxışı zamanı bildirib.

O, həmçinin, Bakının Baş Planın hazırlanması layihəsinin əhalinin yüksək artım tempi, şəhər və onun aqlomerasiyaları arasında tarazlığın qorunması və müasir dünyanın ayrılmaz atributu olan urbanizasiya proseslərinin davamlı idarə olunması zərurəti kimi əsas çağırışlarını xüsusi vurğulayıb.

O qeyd edib ki, təmsil etdiyi şirkətin əsas vəzifəsi təkcə beynəlxalq şəhərsalma prinsiplərinin Bakıda tətbiqi deyil, şəhərin özünəməxsus xüsusiyyətlərini nəzərə almaq, onun tarixi görkəmini qorumaqdır: “Məhz buna görə işə yerli mütəxəssislər də cəlb olunmalıdır”.

İstinad: Report.az

Terefsiz.az