Biganəlik öldürür…

0
341

Üç gündür itkin düşən Zəhra balamız axır ki tapılıb.

Qapılarından qaraçılar tərəfindən oğurlanmış uşaq, Neftçilər metro stansiyası ətrafında dilənçilik etdiriləndə aşkarlanıb. Onu dilənçilik etdirən qadın hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Qaraçılar tərəfindən oğranılan ilk uşaq deyil Zəhra. Xatırlayıram ki, yaxınımın qohumunu da qaraçılar oğurlamışdı. Uşağı bir neçə il sonra bölgələrimizin birinin bazarında dilənərkən, öz qohumları tanıyıb, valideynlərinə xəbər vermişdi. Bu cür qaraçı özbaşınalığı artıq fəsadlar törətməkdən savayı, faciəyə də yol açmağa başlayıb. Zəhra balamız tapılmasaydı bəs? Əgər uşaq uzun illər diləndirilsə, yaxud Tanrı qorusun, cinsi istismara məruz qalsaydı? Bu hadisə bir daha sübut elədi ki, valideynlər maksimum dərəcədə diqqətli olmalı, övladlarını nəzarətlərindən kənar buraxmamalıdır. Əks halda uşaqlarının aqibətilərini düşünmək özü belə qorxunc olacaq. Qaraçıların çox zaman şəxsiyyət vəsiqəsi belə olmur. Belələrinə nəzarət etmək, hər hansı bir cinayətdə əllərinin olub-olmadığını izləmək çox çətindir. Fikrimcə, mühafizə orqanları bu cür şəxslərə qarşı nəinki diqqətli olmalı, onların diləndirdikləri uşaqlara qarşı münasibətlərini araşdırmalıdırlar. Bəlkə də itkin düşən uşaqların çoxu indi hanısa yerlərdə məcburən diləndirilir, yaxud daha betər işgəncələrə məruz qalırlar. Siravi vətəndaşlarımıza isə tövsiyyə edirəm ki nəzarətsiz uşaq tapdıqda, onu diqqətlərindən kənar buraxmamaq, yaxınlıqda yerləşən mühafizə orqanlarına, yaxud da 102 xidmətinə müraciət etməklərini dəfələrlə rica edirəm. Çünki itən hər bir körpə, bizim öz körpəmiz, öz balamızdı. Zəhra balamızın timsalında itkin düşən hər kəsin tapılması ümidi və inamıyla…

Xanım Əliyeva

Terefsiz.az