“Microsoft” şirkətinin təsisçisi, amerikalı milyarder Bill Qeyts dünyanın yayın əvvəlində koronavirusun pandemiyasından sonra normal həyata dönməyə başlayacağını bildirib.
Biznesmen CNBC-yə müsahibəsində bildirib ki, yay və payızda insanlar istehsal, tikinti və təhsillə tam şəkildə məşğul olacaqlar.
Lakin Qeyts qeyd edib ki, dünya əvvəlki vəziyyətinə birdən-birə qayıtmayacaq.
“Heç kəs düşünməməlidir ki, hökumət sehirli çubuğu fırladacaq və iqtisadiyyat birdən-birə pandemiyadan öncəki kimi olacaq”, – deyə “Microsoft”un təsisçisi vurğulayıb.
Qeyts hazırda onun fondunun peyvənd üzərində çalışdığını bildirib və əlavə edib ki, o, 18 aya hazır ola bilər:
“Bu, ya 95 faiz effektiv olan terapevtik vasitə, ya da geniş yayılmış preparat ola bilər”, – deyə milyarder aydınlıq gətirib.
istinad:oxu.az