Binyamin Netanyahu orduya Qəzzadakı silahlılara kütləvi hücüm əmrini verib

0
264

İsrailin baş naziri Binyamin Netanyahubildirib ki, orduya Qəzza sektorundan ölkəni raket atəşinə tutan silahlılara kütləvi hücum etmək əmrini verib.

Bu barədə Terefsiz.az saytı xəbər verir.

“Bu gün səhər mən İsrailin Müdafiəsi Ordusa Qəzza sektorundakı terror elementlərinə qarşı kütləvi hücumları davam etdirmək əmrini verdim”, – deyə Netanyahu bildirib.

O, qeyd edib ki, Qəzza ilə sərhəddə yerləşdirilmiş qoşunları gücləndirməkbarədə göstəriş verib.

Daha əvvəl İsrailin Fələstinin Qəzza zolağını havadan bombardman etməsi nəticəsində 9 nəfər ölüb.

İstinad: RİA Novosti

Terefsiz.az