Binyamin Netanyahuya ittiham irəli sürülüb

0
157

İsrailin baş prokuroru Avihay Mandelblit ölkənin baş naziri Binyamin Netanyahuya qarşı üç iş üzrə ittiham irəli sürüb.

Terefsiz.az xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət radiosu məlumat yayıb.

Baş nazir vəzifə səlahiyyətlərindən sui-istifadə, o cümlədən rüşvət almaqda günahlandırılır. Təqsirləndirilməsinə baxmayaraq Netanyahu istefa vermək niyyətində olmadığını söyləyib.

Qeyd edilir, ölkə tarixində ilk dəfədir ki, baş nazirə qarşı belə ittihamlar hazırlanır. Bu halda Netanyahunun dinləmədə çıxış etmək və prokurorun fikirini dəyişdirmək imkanı var.

istinad:report.az