Bir aya bütün Qarabağ azad ediləcək… – Ekspertlər DETALLARI AÇDI

0
127

Biz Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki, bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi”.

Terefsiz.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdə çıxışı zamanı deyib.
Prezident qeyd edib ki, KTMT tərəfindən, sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verildi, vəssalam:
“Ancaq bildirməliyəm ki, KTMT-yə 6 ölkə üzvdür. Onlardan üçü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında, eyni zamanda KTMT-də üzv olan Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə bizə dəstək oldular. Belarus Qoşulmama Hərəkatında təmsil olunur. O da Qoşulmama Hərəkatının bəyanatına qoşularaq bizə dəstək oldu. Yəni altı ölkədən üçü Azərbaycanı birmənalı şəkildə dəstəklədi və başqa cür ola bilməzdi. Çünki biz onlarla dostuq, yaxşı günlərdə, çətin günlərdə onlar bizə etibar edə bilərlər. Bu, bir. İkincisi, qoy Ermənistanın qorxaq rəhbərliyi yadına salsın ki, qaçıb yardım almaq istədiyi KTMT-nı necə təhqir etmişdi, heç bir başqa ölkə ilə razılaşma aparmadan onun baş katibini həbs eləmişdi. Belarus nümayəndəsinin KTMT-yə yeni baş katib təyin olunmasının əleyhinə çıxmışdı. Bir il ona imkan vermədi ki, işə başlasın. Bəs nə oldu, o vaxt KTMT pis idi, sən onu təhqir edirdin, indi qaçıb onun ətəyindən yapışırsan”.
Prezident işğalçı ölkəyə açıq çağırış edib.
Sitat: “Gəl, bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq”.
Bu, kifayət qədər ciddi mesajdır. Hələ ki, Ermənistandan bu, təkbətək döyüş təklifinə, faktiki olaraq duelə hər hansı bir reaksiya verilməyib. Əslində reaksiyanın olması mümkünsüzdür. Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu dəfə Münhen Konfransı çərçivəsində keçirilən dueldə Azərbaycan Prezidentinə məğlub oldu. Bundan əvvəl eyni taleni Ermənistan prezidenti Serj Sərkisyan da yaşamışdı və arxa qapıdan danışıqları tərk etmişdi. Ermənistan rəhbərliyi hətta söz döyüşündə Azərbaycanla bacara bilmir, o ki qaldı meydanda üzə-üzə gəlsinlər. Pandemiya dövründə erməniləri ən çox qorxudan bu idi ki, artıq nə həmsədrlər var, nə də Anjey Kasprşik, Azərbaycan hər an sarsıdıcı zərbə endirə, ildırımsürətli hücuma keçə bilər, deyə. Tovuz təxribatı ilə Azərbaycana qabaqlayıcı zərbə endirmək istədilər, alınmadı. Təbii ki, himayədarının arxasında gizlənərək…
Dövlətimizin başçısı da açıq şəkildə İrəvana çağırış edib ki, təkbətək döyüşək, kimin güclü, kimin zəif olduğunu bütün dünya görsün.
Maraqlısı budur ki, artıq bütün sirr pərdələri götürülüb və hər kəs anlayır ki, burada Ermənistan, sadəcə, oyuncaq, maşa rolunu oynayır. Elə ABŞ Konqresində son qəbul olunan qətnamə də bunu təsdiqlədi. Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq demişdi ki, Tovuzda baş verənlər Ermənistanın boyunu aşan proseslərdir. Qardaş ölkə növbəti dəfə prinsipial mövqeyini bəyan edib.
“Ermənistanın Azərbaycana qarşı hücumları zamanı azərbaycanlı qardaşlarımızı tək buraxmadıq, buraxmayacağıq”.
Bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan iyulun 21-də Türkiyə hökumətinin cari ilin birinci yarısının yekunlarına həsr olunan geniş toplantısında səsləndirib. Dövlət başçısı deyib ki, Türkiyənin bu mövqeyi dəyişməzdir.
Bu mövqe, heç şübhəsiz, Rusiyanı neytrallaşdırmaq baxımından da olduqca əhəmiyyətlidir. Bu arada Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan növbəti dəfə işğal altındakı Azərbaycan ərazilərinə gəlib.
Xocalı canisi olan S.Sərkisyanın indiki həssas dönəmdə, Tovuz döyüşlərindən sonra gərginliyin növbəti dəfə artmaması üçün çağırışların edildiyi vaxtda Qarabağa gəlməsi növbəti təxribatdır. Lakin ənənəvi qaydada, nə həmsədrlərdən reaksiya var, nə də hansısa təşkilatlardan.
Düşmən ölkədən növbəti səfərlər gözlənilir işğal zonasına, buna isə sərt təpkinin verilməsi qaçılmaz olacaq. Beləliklə, savaş hər an Qarabağ istiqamtindən alovlana bilər. Qarabağ isə Azərbaycanın daxili məsələsidir və Ermənistanla üz-üzə qalacağıq, təbii ki, himayədarı 2016-cı ilin aprelindəki kimi, müdaxilə etməsə. O halda Qarabağı qısa müddətdə işğaldan təmizləmək olar, ekspertlərimiz belə deyir.
Politoloq Qafar Çaxmaqlı dedi ki, vaxtilə FETÖ-çuların xəyanəti nəticəsində açıqlanan planı diqqətini çəkmişdi:
“Onlar Kosmik odanın şifrələrini açıqlamışdılar. Bu şirələrdən biri 6 saat ərzində Ermənistanın Türk ordusu tərəfindən kontrol altına alınması ilə bağlı plan idi. Bunu faş eləmək FETÖ-nun xəyanəti idi. Bizə isə bir həftə lazımdır. Naxçıvandan giririk, öncə Zəngəzur, sonra İrəvanı tutub Ermənistan-Türkiyə sərhəddinə çıxırıq. Nəhayətdə, Qərbi Azərbaycandan olan insanlar bu ərazilərə köçürülür və ”çiban” kökündən təmizlənir. O halda Ermənistan çıxsın meydana!”
Q.Çaxmaqlı bildirdi ki, Ermənistandakı tarixi torpaqlarımızda əməliyyatlara başlamazdan öncə biz Qarabağdakı torpaqlarımızı təmizləməliyik:
“Bu, artıq Ermənistana aid məsələ deyil, bizim daxili işimizdir, antiterror əməliyyatları keçirməliyik. Yəni Ermənistanla müharibəyə aid deyil. Biz nə qədər qərarlı addım atsaq, Ermənistan bir o qədər təşviş keçirəcək”.
Politoloq dedi ki, Qərbi Azərbaycan İrəvan Respublikası olaraq prezidentimizin bu cəsarətini alqışlayırıq.
Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu da qazilərin Prezidentin dediklərini yüksək səviyyədə qarşıladıqlarını söylədi:
“Əla. Alqışlayırıq. Əlbəttə, konkret vaxt demək düz olmazdı. Amma uzağı 1 aya bütün Qarabağı azad edə bilərik”.
Bu yerdə qeyd edək ki, Prezidentin çağırışından sonra 50 mindən çox insan döyüşmək üçün yenidən qeydiyyata durub. Bu, xalqımızın savaşmaq və torpaqları qaytarmaq əzmindən xəbər verir. (musavat.com)