“Bir dəfə çempion olan, hər dəfə çempion olar”

0
1244

8 ildir əlil arabası ilə gəzən, 16 yaşında Avropa çempionu olan Rüstəm İmanzadə həyat hekayəsini danışıb. Ağır atletika üzrə dəfələrlə Azərbaycan çempionu və gənclər arasında Avropa çempionu olan İmanzadə 2014-cü ildə Kiprin Limassol şəhərində keçirilən qitə birinciliyində ciddi zədə alır. 148 kq ağırlığı qaldırarkən onun sağ qolu qırılır və belindən ağır zədələnir. Bundan sonra idmançının çətin günləri başlayır. 1998-ci il təvəllüdlü Rüstəm 1 il daimi müalicə alsa da, sonradan federasiya və aidiyyatı qurumların ona yardım etmədiyini deyir.

O, Avropada 3 rekorda imza atıb,hələ 16 yaşında Avropanın ən güclü idmançısı seçilib.
Ondan bir müddət sonra isə yarışmada ağır çəki belinə düşərək onurğasını zədələyib.
O gündən indiyə qədər yeriyə bilməyən Rüstəm İmanzadə heç vaxt ümidini itirməyib.
Onun sağalmaq və yenidən idmana qayıtmaq şansı var.

“2014-cü ildə Kiprdəki yarışda zədə aldım. Bu yarışın mənə heç bir aidiyyatı yox idi. Çünki mənim 16 yaşım var idi, amma çempionat 23 yaşlılar arasında idi. Orada 148 kq-da qolum qırıldı və belimdən ağır zədə aldım. 1 ay ərzində bir neçə yarışa istirahət etmədən getdim. Çünki Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanmalı idim. İdmançı qıtlığından bütün çəkilərdə ən yaxşı olduğum üçün məni aparırdılar. Həmin yarışdan sonra bir müddət müalicəmə yardım etdilər.

Bir müddət fiziyoterapiya və müalicə alan idmançımız maliyyə səbəbləri göstərilərək,müalicəsinin dayandırıldığını bildirib.
8 ildir yeriyə bilməyən hələ 11 yaşından milli komandaya daxil olan,ölkəmizin bayrağını dəfələrlə dalğalandıran,rekordçu idmançımız əgər müalicəsinə davam edilməsə sonra heç vaxt yeriyə bilməmək təhlükəsi olduğunu bildirib.
Heç bir gəlir yeri olmayan çempionumuz sadəcə dostlarının kömək etdiyini bildirib.
“Terefsiz.az” saytı olaraq bu müsahibədən sonra aidiyyatı qurumların bu məsələ ilə maraqlanacağını və Rüstəmin yenidən ayağa qalxacağını,3 rəngli şanlı Azərbaycan bayrağını yenidən dalğalandıracağı ümid edirik.

terefsiz.az