Bu gün Bədən Tərbiyəsi və İdman Akademiyasında bir sıra şəxslər Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılıb.
TEREFSİZ.AZ -ın xəbərinə görə, 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə 29 nəfər təltif olunub.
Bunlardan 9-u Fəxri bədən tərbiyəsi və idman işçisi, 19-u Əməkdar məşqçi və 1-i Əməkdar idman ustası adına layiq görülüb.
Əməkdar məşqçi adına yiyələnənlər arasında futbol məşqçisi Təbriz Həsənov, 2004-cü il Olimpiya Oyunlarında boks üzrə bürünc medal qazanmış Fuad Aslanov, parapauerliftinq üzrə millimizin baş məşqçisi İlqar İbişov, voleybol millimizin sabiq üzvü Oksana Məmmədyarova və s. var.
Fəxri bədən tərbiyəsi və idman işçiləri
1. Nazim Mahmudov
2. Mahir Əliyev
3. Rafiq Daşdiyev
4. Mehdi Nağıyev
5. Natiq Abbasov
6. Akif Məmmədov
7. Məlahət İsmayılova
8. Çingiz Əhmədov
9. Samir Əliyev
Əməkdar məşqçilər
1. Təbriz Həsənov
2. Əli Ağamalıyev
3. Oksana Məmmədyarova
4. Aydın Həşimov
5. Arif Əmirxanov
6. Fuad İsmayılov
7. Ramil Cəfərov
8. Səbuhi Vəliyev
9. Aydın Dadaşov
10. İlqar Əliyev
11. Ceyhun Məmmədov
12. Fuad Aslanov
13. İntizar Məmmədova
14. Samir Əhmədov
15. Xudu Həsənov
16. Elvin Hüseynov
17. İlqar İbişov
18. İlham Umayev
19. Rauf Bunyatəliyev
Əməkdar idman Ustası
Kamil Əliyev