Bitcoin-in dəyəri 2022-ci ilin ən aşağı səviyyəsinə çatıb!

0
182

Dünyanın ən böyük rəqəmsal valyutası olan bitkoin bu səhər 31 min dollarla son zamanların ən aşağı dəyərini gördü.

Kriptovalyutalarda son zamanlar problemlər davam edir. Dünyada artan inflyasiya ilə ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artırması kriptovalyuta bazarına mənfi təsir göstərib. İnflyasiyanın gedişinə uyğun olaraq faiz artırmağa davam edəcəyini bildirən FED-in açıqlamaları ilə ABŞ-da böyük ölçüdə səhmlər satılıb. ABŞ fond bazarları ilə oxşar hərəkətlər nümayiş etdirən Bitcoin və digər kriptovalyutaların satışları da artıb.

Bitcoin dəyərinin 50 faizini itirdi!

Dünyanın ən böyük rəqəmsal valyutası olan “Bitcoin” 30 min dollarla son dövrlərin ən aşağı dəyərini gördü. 2021-ci ilin Noyabr ayında 69 min dollarla rekord qıran “Bitcoin” indi o dövrləri şamla axtaran hala gəlib. “Bitcoin” hal hazırda tarixi maksimumdan 50 faiz aşağı satılır.

ABŞ-da yüksək inflyasiyanın qarşısını almaq üçün faiz dərəcələrinin artırılması siyasəti kriptovalyutalara çox pis təsir etdi. Mart ayında uçot dərəcəsini 25 baza bəndi artıran FED, mayın 4-də daha 50 bənd artırıb. FED sədri Jerome Powell də iyun və iyul aylarında faiz artımını səbirsizliklə gözlədiklərini açıqlayıb.

Bu açıqlamalardan sonra ABŞ dolları güclənib, ABŞ fond bazarları və kriptovalyutaları isə kəskin ucuzlaşıb. Qərardan sonra Dow Jones və Nasdaq birjaları əhəmiyyətli enişlərə məruz qalıb. Bildirilir ki, bu enişlər 2020-ci ildən bəri baş verən ən kəskin enişlərdir.

Ən son hadisələrlə birlikdə kripto pul bazarında “qorxu və xəsislik indeksi”“həddindən artıq qorxu” mənasını verən 11 faizi gördü. Uzun müddətdir 20 faizdən yuxarı olan “qorxu və xəsislik indeksi”nin azalması səbəbi ilə,kriptovalyutalarda daha çox satışın baş verməsindən ehtiyyat edilir.

Yanvar ayından bu yana ən aşağı səviyyələrini görən “Bitcoin”, məqalənin yazıldığı anda 31 min dollar dəyərindən satılır. Ən böyük kriptovalyutanın yaşadığı bu eniş altkoinlərə də mənfi təsir edib.

 

 

 

TEREFSIZ.AZ