Bitkoinin qiyməti 10 min dollara yaxınlaşır – REKORD

0
154
İyunun 21-də ən populyar kriptovalyuta hesab edilən bitkoinin qiyməti illik rekordunu yeniləyərək gün ərzində 9800 dollara yüksəlib.

Ümumilikdə, son aylar ərzində bitkoin, demək olar, iki dəfə bahalaşıb. Belə ki, 2019-cu ilin fevral ayında onun dəyəri 3500 dollar təşkil edib.

Son dəfə bitkoin illik rekordunu iyunun 17-də yeniləyib. O zaman 2018-ci ilin may ayından bu yana ilk dəfə olaraq kriptovalyutanın qiyməti 9322 dollaradək yüksəlmişdi.

“Bloomberg” yazır ki, bitkoinin kursunun sürətli artımı diqqəti bir məqamdan yayındırır – onu, demək olar, heç kim ödəniş vasitəsi kimi istifadə etmir. 2019-cu ilin aprel ayında maliyyə tranzaksiyaları ilə satınalmaların yalnız 1,3 faizi bitkoin vasitəsilə həyata keçirilib.

Terefsiz.az