“BİZİM SEVİMLİ DOSTLARIMIZ” adlı onlayn respublika fotomüsabiqəsi başlayır.

0
188

Azərbaycan Respublikasının regionlarında və Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri və  uşaq-gənclə inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilən

 

 

“BİZİM SEVİMLİ DOSTLARIMIZ”

adlı onlayn respublika fotomüsabiqəsinin

 Ə S A S N A M Ə S İ

 

 

  1. Ümumi müddəalar

Təbiət! Biz təbiətə bəzən “ana” deyirik. Çünki təbiət bizə bütün gözəlliklərini bəxş edib. Bizi öz qoynunda bəsləyib böyüdür. Təbiət hamıya məxsusdur, hamımızın birgə evidir. Təbiətin yaratdıqlarına təkrarsız gözəllik kimi baxırıq. Heyvanlar və quşlar da təbiətin yaratdığı gözəl varlıqlardır. Onlar təbiətə və insanlara əvəzolunmaz fayda verirlər və ecazkar təbiətin bir hissəsi olaraq bizim üçün əzizdirlər. Buna görə də onları yaradan təbiətə minnətdar olmalı və heyrətamiz canlıları yox olmaqdan xilas etmək üçün əlimizdən gələni etməliyik. Bu canlıların bizim nəvaziş və qayğımıza ehtiyacı var.

Həyatımızın ayrılmaz hissəsi və ən yaxın dostlarımız olan heyvanlar uşaqların inkişafında mühüm rol oynayır. Çünki heyvanlara, xüsusilə də ev heyvanlarına qarşı bağlılıq və həssaslıq ən çox uşaqlarda olur. Təbiəti, onun bizə bəxş etdiyi varlıqları sevən adamlar mənən zəngin, həssas olur, vətəni sonsuz məhəbbətlə sevir, dostluqda, yoldaşlıqda etibarlı və sədaqətli olmaqları ilə seçilirlər.

Uşaqlarda təbiətə, doğma diyara, onun sərvətlərinə, ecazkar varlıqlarına sevgini aşılamaq, heyvanların və quşların təbiətdəki əhəmiyyəti və faydaları barədə biliklərini artırmaq, təbiətin sakinləri olan quşlar və heyvanlara qarşı qayğıkeş olmaq hissini formalaşdırmaq, onları qorumağa dəvət etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 05 aprel-05 may 2021-ci il tarixlərində respublikamızın regionlarında və Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında “Bizim sevimli dostlarımız” adlı onlayn respublika fotomüsabiqəsi elan olunur.

 

  1.  Müsabiqənin məqsədi

–  Uşaqlarda Azərbaycanın təbiətinə, doğma diyara sevgini aşılamaq;

–  Azərbaycanın ekoparkları, qoruqları, bağları və s. haqqında məlumatları artırmaq;

–  Canlı varlıqların təbiətdəki əhəmiyyəyi, faydaları barədə bilikləri genişləndirmək;

–  Uşaqlarda heyvanları, quşları qorumaq və onlara qayğı göstərmək istəyini oyatmaq;

–  uşaqlarda foto sənətinə maraq yaratmaq;

–  uşaqların asudə vaxtını səmərəli və faydalı təşkil etmək;

–  istedadlı uşaqları üzə çıxarmaq və yaradıcılıq potensialını inkişaf etdirmək.

 

 

  1. Müsabiqəniniştirakçıları

Müsabiqə 3 yaş qrupu üzrə keçirilir.

 

I yaş qrupu  –   6-9 yaş;

II yaş qrupu –  10-13 yaş;

III yaş qrupu – 14-17 yaş.

 

  1. Müsabiqənin şərtləri

Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn keçirilən müsabiqədə aşağıdakı şərtlərə əməl olunmalıdır.

 

–  Fotoşəkillər mövzuya uyğun çəkilməlidir (Təbiətdə və ev şəraitində olan heyvan və quşların

fotosu);

–  Fotoşəkillər ekopark, zoopark, meşə, qoruq, park və bağlarda çəkilə bilər;

–  Fotoşəkil məktəbli (dərnək üzvü) tərəfindən çəkilməlidir. Professional və ya peşəkarlar

tərəfindən çəkilən və internetdən götürülən fotoşəkillər qəbul edilmir;

–  Fotoşəkil telefon, planşet və ya fotokamera ilə çəkilə bilər;

–  Fotolar aydın və keyfiyyətli çəkilməlidir;

–  Fotoşəkillərin ölçüsü 3-4 Mb-dan az olmamalıdır;

–  İştirakçı müsabiqəyə bir fotoşəkil təqdim edə bilər;

–  Fotolar və iştirakçı haqqında məlumatı  (adı, soyadı, yaşı, təhsil aldığı məktəb və ya məşğul

olduğu müəssisənin adı, yaşadığı şəhərin, rayonun adı) bizim.sevimli.dostlarimiz.2021@gmail.com 

   elektron ünvanına  göndərməlidir.

 

  1. Müsabiqənin keçirilmə mərhələləri

 

Müsabiqə 05 aprel – 05 may 2021-ci il tarixlərini əhatə edir.

Müsabiqə 3 (üç) mərhələdə keçirilir:

I mərhələ – 05-25 aprel 2021-ci il.

 

Bu mərhələdə Azərbaycan Respublikasının regionlarında və Bakı şəhərində fəaliyyət göstərən hər bir ümumtəhsil məktəbinin və uşaq-gənclər inkişaf mərkəzinin Təşkilat Komitələri tərəfindən hər yaş qrupu üzrə seçilmiş 1 fotoşəkil və iştirakçı haqqında məlumat müsabiqənin [email protected] elektron ünvanına göndərilməlidir.

 

 

II mərhələ – 25 aprel- 04 may 2021-ci il.

 

Bu mərhələdə Münsiflər Heyəti tərəfindən hər yaş qrupu üzrə I, II, III və həvəsləndirici yerlərin qalibləri seçilir.

 

 

III mərhələ – 05 may 2021-ci il.

 

Yekun mərhələdə müsabiqə qalibləri sosial şəbəkə vasitəsilə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Facebook və İnstagram səhifələrində elan edilir.

 

Qalib işlərdən ibarət sərgi təşkil olunacaq.

 

 

 

 

  1. Mükafatlandırm

Müsabiqəyə təqdim olunan foto işlərin qiymətləndirilməsi Münsiflər Heyəti tərəfindən həyata keçirilir.

 

Müsabiqədə hər yaş qrupu üzrə I, II, III və həvəsləndirici yerlərin qalibləri Azərbaycan Respublikasdı Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunur.

 

 

Müsabiqə ilə bağlı suallarınızı müsabiqənin [email protected] elektron ünvanına göndərə və qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz.

 

 

Əlaqə telefonu:  (055) 549 58 52  Raminə Quliyeva

                           (055) 842 14 99  Nərminə Əliyeva

TƏBİƏT BİZİM SƏRVƏTİMİZDİR. TƏBİƏTİMİZİ RUYAQ!