Blinken: “Azərbaycan və Ermənistan tezliklə sülh sazişi üzrə razılıq əldə edə bilər”

0
61

“Azərbaycan və Ermənistan tezliklə sülh sazişi üzrə razılıq əldə edə bilər”.

“Terefsiz.az” xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Konqres Senatının xarici əlaqələr komitəsindəki dinləmələrdə çıxışı zamanı deyib.

Amerikanın xarici siyasət idarəsinin rəhbəri Vaşinqtonun Bakı ilə İrəvan arasında normallaşmaya kömək etmək cəhdlərini şərh edərkən bildirib:

“Düşünürəm ki, bir fürsət var, onu böyütmək istəmirəm, amma sülh sazişinin hazırlanmasını həqiqətən başa çatdırmaq imkanı mövcuddur.

Mən bu ilin əvvəlində təhlükəsizlik konfransı üçün Münhendə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdüm. Bu yaxınlarda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda idilər. Mən onların qayıtmasını gözləyirəm. Biz müqavilənin mətni üzərində işlədik”.

Terefsiz.az