Blinken: “Azərbaycan və Ermənistan uzunmüddətli sülhə nail olmaq üçün tarixi imkanlara malikdir”

0
97

“Amerika Birləşmiş Ştatları Administrasiyası əmindir ki, Azərbaycan və Ermənistan uzunmüddətli sülhə nail olmaq üçün tarixi imkanlara malikdir”.

“Terefsiz.az” xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken deyib.

“Biz hesab edirik ki, Azərbaycan və Ermənistan 30 ildən artıq davam edən münaqişədən sonra davamlı sülhün bərqərar olması üçün həqiqətən tarixi imkanlara malikdir.

Tərəflərin özləri, eləcə də Avropa İttifaqı və bizimlə birgə yenidən sülh prosesinə, o cümlədən birbaşa danışıqlar yoluna yönəliblər. Birləşmiş Ştatlar istər dostlarımızla, istər bu kimi üçtərəfli formatda, istərsə də digər beynəlxalq tərəfdaşlarla bu səyləri dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır”- deyə, o bildirib.

O, hansı beynəlxalq tərəfdaşlardan danışdığını dəqiqləşdirməyib.

terefsiz.az