Blinken: “İstanbulda partlayışda insan tələfatı bizi dərindən kədərləndirir”

0
69

“Bu gün İstanbulda baş verən partlayış nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir”.

“Terefsiz.az” xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken tviter hesabında yazıb.

“Həlak olanların ailələrinə və Türkiyə xalqına dərin hüznlə başsağlığı veririk. ABŞ türk müttəfiqlərimizlə həmrəydir”, – Blinken qeyd edib.

Ötən gün Türkiyədə baş verən partlayış zamanı 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Hadisə qadın terrorçu tərəfindən törədilib.

terefsiz.az