Blinken: “Rusiya və Çin dünya nizamını öz maraqları naminə dəyişməyə çalışırlar”

0
175

Rusiya və Çin mövcud dünya nizamını öz maraqları naminə dəyişməyə çalışırlar və Vaşinqton buna qarşı çıxmaq niyyətindədir.

“Terefsiz.az” xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Onun sözlərinə görə, Rusiya Ukraynada xüsusi hərbi əməliyyat keçirməklə mövcud dünya nizamına meydan oxuyur:

“Əgər Rusiyaya etdiyinə icazə verilsə, bu, o demək olacaq ki, biz kim daha güclüdürsə, haqlıdır, böyük dövlətlər kiçikləri incidə bildiyi bir dünyaya qayıdırıq. Bu qaydaya əsaslanan nizamın əksidir”.

Çinə gəlincə Blinken bildirib ki, rəsmi Pekin dünya nizamına fərqli şəkildə meydan oxuyur, regionda daha aqressivləşir və daxildə repressiyaları gücləndirir: “Məncə, Çin indikidən fərqli beynəlxalq nizamın olmasını istəyir. Biz öz dəyərləri baxımından liberal olan bir nizamı müdafiə etməyə və qorumağa çalışarkən, Çin digər dəyərləri əks etdirən daha qeyri-liberal bir nizamın arxasınca gedə bilər”.

terefsiz.az