BMT-də Dağlıq Qarabağdakı vəziyyətlə bağlı iclas keçirildi.

0
132
The Security Council steak out area is closed off to members of the media during the 75th session of the United Nations General Assembly, Wednesday, Sept. 23, 2020, at U.N. headquarters. This year's annual gathering of world leaders at U.N. headquarters will be almost entirely "virtual." Leaders have been asked to pre-record their speeches, which will be shown in the General Assembly chamber, where each of the 193 U.N. member nations are allowed to have one diplomat present. (AP Photo/Mary Altaffer)

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, BMT Təhlükəsizlik Şurası (TŞ) Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. 

Bununla bağlı BMT TŞ-nin sədri Abdu Abarri jurnalistlərə açıqlama verib.

“BMT TŞ üzvləri Baş katibin münaqişə tərəflərinə hərbi əməliyyatların dərhal dayandırılması, gərginliyin azaldılması və təxirə salınmadan danışıqlara qayıtması üçün müraciətini dəstəkləyir”, – deyə A.Abarri bildirib.

O istisna etməyib ki, lazım gələrsə, Şura Azərbaycan və Ermənistan nümayəndələri ilə görüş keçirəcək.

A.Abarri insanların ölümünə səbəb olan güc tətbiqindən dərin narahatlıqlarını ifadə edib.

Qeyd edək ki, qapalı iclas Şuraya üzv olan 15 ölkənin çağırışı ilə baş tutub.

Terefsiz.az