BMT-nin baş katibi Antonio Quterreş, BMT Təhlükəsizlik Şurasının yığıncağından sonra Liviyada siyasi dialoqa ehtiyacın olduğunu bildirib.
Terefsiz.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, BMT-nin baş katibinin sözlərinə görə, atəşkəs elan edilməsinin, şiddətin qarşısını almağın və pis vəziyyətdən can qurtarmağın zamanıdır.
Qeyd edək ki, Quterreş Xalifə Haftar tərəfindən Tripoli şəhərindəki aeroportun tutulmasını pisləyib. O, ölkədəki hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
Terefsiz.az