BMT rəsmisi: Azərbaycanın terrorçuluğa qarşı mübarizədə təcrübəsi təqdir olunasıdır.

0
138

Terefsiz.az saytı xəbər verir ki,  BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Terrorçuluğa qarşı Mübarizə Komitəsinin icraçı direktoru xanım Mişel Koninks ilə görüşüb.

Xarici İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, tərəflər görüşdə Azərbaycan və Terrorçuluğa qarşı Mübarizə Komitəsi arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər və terrorçuluğa qarşı mübarizədə birgə fəaliyyət üzrə fikir mübadiləsi aparıblar.

Komitənin nümayəndə heyətinin ötən il Azərbaycana etdiyi səfərindən bəhs edən iraçı direktor terrorçuluğa qarşı mübarizədə Azərbaycanın müsbət təcrübəsini təqdir edib və bu təcrübənin digər ölkələrlə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Elmar Məmmədyarov Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid olan terrorçuluğun bütün formalarını qətiyyətlə pislədiyini bildirərək, bu bəla ilə mübarizədə bundan sonra da səylərini əsirgəməyəcəyini qeyd edib.