BMT Rusiya, İran və Türkiyənin Tehran sammitini izləyəcək

0
103

BMT İran, Rusiya və Türkiyə Prezidentləri – İbrahim Rəisi, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın İranın paytaxtında keçiriləcək Tehran sammitini izləyəcək.

“Terefsiz.az” xəbər verir ki, bu barədə BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq keçirdiyi brifinqdə bildirib.

Haq taxıl probleminin həlli ilə bağlı üçtərəfli sammitdən hər hansı irəliləyişin gözlənilib-gözlənilməməsi barədə suala belə cavab verib: “Bu proseslə bağlı həmin görüşdən heç bir konkret gözləntimiz yoxdur. Bu, ayrı məsələdir”.

Eyni zamanda, Haq qeyd edib ki, BMT taxıl ixracı məsələsi üzrə müzakirənin əsas iştirakçılarının istənilən koordinasiyasını alqışlayır.

Daha əvvəl xəbər verilib ki, iyulun 19-da Rusiya Prezidenti Vladimir Putin Tehrana səfər edəcək və orada İran və Türkiyədən olan həmkarları ilə üçtərəfli formatda danışıqlar aparacaq. Bundan əlavə, Putin və Rəisi və Ərdoğan arasında ayrıca ikitərəfli görüşlər də planlaşdırılır.

terefsiz.az