BMT Şimali Koreyanı nüvə sınaqlarından çəkinməyə çağırıb

0
66

BMT Koreya Xalq Demokratik Respublikasını (KXDR) növbəti nüvə sınaqlarından çəkinməyə və Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə danışıqlara başlamağa çağırır.

“Terefsiz.az” xəbər verir ki, bunu BMT baş katibinin müavini, tərksilah məsələləri üzrə ali nümayəndəsi İzumi Nakamitsu Baş Assambleyanın iclasında deyib.

Mən də başqaları kimi, KXDR-ni növbəti nüvə sınaqları keçirməkdən çəkinməyə, Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinə qoşulmağa və Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə müvafiq tərəflərlə mümkün qədər tez işə başlamağa çağırıram”, – Nakamitsu bildirib.

Bu ilin əvvəlindən Şimali Koreya 20-yə yaxın raket buraxılışı həyata keçirib, o cümlədən qitələrarası ballistik raketin prototipini sınaqdan keçirib.

Bundan əlavə, Cənubi Koreya və Amerika kəşfiyyatı KXDR-in nüvə sınağı keçirməyə hazırlaşdığını iddia edib.

terefsiz.az