BMT TŞ: Zelenski Rusiyanı insanlığa qarşı cinayətdə ittiham edib

0
84

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı insanlığa qarşı cinayətlərdə ittiham edib.

“Terefsiz.az” xəbər verir ki, bu barədə dövlət başçısı Ukraynanın enerji infrastrukturuna raket zərbələrinin son dalğasından sonra çağırılan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında videobağlantı vasitəsilə çıxış edərkən danışıb.

V.Zelenski bildirib ki, Rusiya dünyaya terror, sabitliyi pozmaq və dezinformasiyadan başqa heç nə təklif etmir.

Dövlət başçısı həmçinin iclas iştirakçılarını Ukraynanın enerji infrastrukturuna raket zərbələrini pisləməyə, Rusiyanı veto hüququndan məhrum etməyə və Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə çağırıb.

Eyni zamanda, V.Zelenski BMT ekspertlərini Ukraynanın kritik infrastruktur obyektlərinə baş çəkməyə dəvət edib.

Qeyd edək ki, Rusiyanın son raket zərbələrindən sonra Ukraynanın böyük əraziləri enerjisiz qalıb.

Ukrayna Ordusu bu gün ölkə boyu 67 raket atıldığını, onlardan 51-inin vurulduğunu bildirib. Yalnız Kiyevə 30 raket atılıb. Ukraynaya hücumlar nəticəsində azı 10 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

terefsiz.az