BNA qəzaya uğramış avtobuslar barəsində açıqlama verdi.

0
397

Bu gün səhər Ziya Bünyadov prospektində qəzaya düşən “İVECO” markalı avtobuslar “BakuBus” MMC-nin istismarında olan nəqliyyat vasitələri deyil.

TEREFSİZ.AZ saytı report.az saytına istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, qəzaya uğrayan avtobuslar ümumiyyətlə şəhərdaxili hər hansı bir müntəzəm xətlərə aid deyil.

Xatırladaq ki,  bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “İveco” markalı iki sərnişin avtobusunun toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobuslardan birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Terefsiz.az