“Boeing” 346 adamın ölümünə səbəb olan vəzifəli şəxsi işdən azad edib

0
157

Dünyanın ən böyük təyyarə və vertolyot istehsalçılarından biri olan ABŞ-ın “Boeing” şirkəti kommersiya hava daşımaları bölməsinin rəhbərini dəyişib.

Terefsiz.az bu barədə “Boeing” şirkətinə istinadən xəbər verir.

Məlumata görə, ümumilikdə, 346 adamın öldüyü iki böyük qəzadan sonra uçuşları dayandırılmış “Boeing 737 MAX” təyyarəsinin istehsalına cavabdeh olan Kevin McAllisterin yerinə Stan Deal gətirilib.