Böyük Britaniyanın baş naziri Boris Conson oktyabrın 15-də ölkə parlamentinə növbədənkənar seçkilər keçirilməsini təklif edib.
Terefsiz.az saytı xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Baş nazir Böyük Britaniya Parlamentinin İcmalar Palatası, Avropa Birliyi (AB) ilə razılaşma əldə olunmayacağı təqdirdə, ölkənin AB-dən çıxmasını 2020-ci il dekabrın 31-dək üç ay müddətinə təxirə salmaq üçün qanun layihəsi qəbul etməsi faktını “çox kədərli” adlandırıb.
“İndi seçkilər oktyabrın 15-də, çərşənbə axşamı günü keçirilməlidir”, – deyə o bildirib.
Terefsiz.az