Borrel: “Təhlükəsizlik üçün Avropa Silahlı Qüvvələrinə ehtiyac var”

0
121

Avropa İttifaqının öz təhlükəsizliyini təmin etmək üçün Avropa Silahlı Qüvvələrinə ehtiyacı var.

Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.

“Aİ öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır. Bunun üçün bizə daha yüksək səviyyəli spektrə malik və müasir Avropa ordusu lazımdır”, – Borrel qeyd edib.

Aİ diplomatiyasının rəhbəri, həmçinin etiraf edib ki, qurumun hərbi texnika ehtiyatları Ukraynaya yardım səbəbindən tükənib.

 

TEREFSİZ.AZ