Bu gün futbol üzrə Almaniya Super Kubokunun qalibi müəyyənləşib.
Terefsiz.az saytı xəbər verir ki, Dortmund “Borussiya”sı fəxri mükafat uğrunda əzəli rəqibi “Bavariya” ilə mübarizə aparıb.
“Siqnal İduna Park”da keçiriləcək görüşə maraq böyük idi. 2018/2019-cu illər mövsümündə həm ölkə çempionatı, həm də kubok turnirində qalib gələn “Bavariya” bu dəfə də fəxri mükafata iddialı idi.
Münhen təmsilçsinin son illərdə böyük üstünlüyü var. Belə ki, “Bavariya” ardıcıl olaraq son 7 ildə Superkubok görüşündə iştirak edib. Komanda 1987-ci ildən keçirilən Superkubok oyunlarında, ümumən, 7 dəfə fəxri mükafatı qazanıb. Yarışın bombaridiri 5 qolla Robert Levandovskidir.
“Borussiya”nın da oyuna ciddi hazırlaşdığını nəzərə alsaq, azarkeşləri gərgin və maraqlı mübarizə gözlədiyini öncədən demək olardı. Dortmund klubu bunadək pərəstişkarlarını 5 dəfə kubokla sevindirib.
Superkubokda əzəli rəqibi “Bavariya” ilə 6 dəfə üz-üzə gələn “Borussiya” prinsipial duellərin 3-də qələbə qazanıb. Komandalar rəsmi görüşlərdə ümumilikdə, 123 dəfə qarşılaşıb. Bunların 58-də “Bavariya” sevindiyi halda, 32-də “Borussiya” qalib gəlib. Digər 33 oyun heç-heçə ilə yekunlaşıb. Qol fərqi isə 234-ün 148-ə münhenlilərin xeyrinədir.
Almaniya Super Kuboku
3 iyul
22:30 “Borussiya” (Dortmund) – “Bavariya” (Münhen) 2:0
Qollar: Alkaser, 48 (1:0), Sanço, 69 (2:0).
Terefsiz.az