Bosniya və Herseqovinanın lideri: “Azərbaycan bizim üçün çox mühüm ölkədir”

0
56

“Azərbaycan bizim üçün çox mühüm ölkədir”.

“Terefsiz.az” xəbər verir ki, bunu Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç aprelin 13-də Sarayevoda Prezident İlham Əliyevlə mətbuata bəyanatında deyib.

“Bu gün biz bunu bəyan edirik ki, bir-birimizə dost ölkəyik, həm beynəlxalq arenada bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli münasibətlərimiz də daha yüksək səviyyəyə qalxacaqdır. Çox şadam ki, biz bu məsələdə də inkişaf görürük”, – Bosniya və Herseqovinanın lideri bildirib.

terefsiz.az