Terefsiz.az saytı xəbər verir ki,musiqi üslubu bossa-novanın banilərindən biri olan Juan Jilbertu 88 yaşında ölüb.
Bu barədə Agence France-Presse (AFP) artistin oğluna istinadən xəbər verir.
Musiqiçinin dəqiq ölüm səbəbi açıqlanmasa da, onun son illər səhhətində problemlər yaşadığı bildirilir.
Braziliyada 1931-ci ildə anadan olan gitaraçı, müğənni və bəstəkar Juan Jilbertu hələ yeniyetmə illlərindən mahnı oxumağa başlamışdı. Onun debüt “Chega de Saudade” (1959) albomu bossa-nova üslubunun əsasını qoyan səsyazmalardan biri hesab olunur.
Qeyd edək ki, bossa-nova Braziliya xalq mahnıları ilə caz elemenlərinin sintezi olan musiqi üslubudur.
Terefsiz.az