Böyük Britaniyada leysan daşqınlara səbəb olub

0
106

Böyük Britaniyanın qərbindəki Devon və Kornuol qraflıqlarında leysan yağışlar güclü daşqınlara səbəb olub. Bölgələrdə və bəzi digər ərazilərdə yağış, tufanla bağlı xəbərdarlıq hələ də qüvvədədir.

“Terefsiz.az” xəbər verir ki, bu haqqda “The Guardian” məlumat yayıb.

Çərşənbə axşamı Böyük Britaniyanın Ətraf Mühit Agentliyi 16 qraflıqda, o cümlədən London, Norfolk, Nottingemşir və Lesterşirin rayonlarında daşqın xəbərdarlığı edib.

Şotlandiyada daşqınlar artıq qatarların hərəkətini dayandırıb.

Qeyd edək ki, Britaniya hökuməti keçən həftə ölkənin bir sıra bölgələrində, o cümlədən İngiltərənin cənub-qərbində, cənubunda və şərqində və mərkəzində quraqlıq barədə xəbərdarlıq edib. Həmin bölgələrdə havanın temperaturu +35 dərəcəyə çatırdı.

terefsiz.az