Böyük Britaniyanın səfiri: “Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tam dəstəkləyirik”

0
218

“Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tam dəstəkləyir”.

Bu barədə  Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Nyu-Yorkda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünü şərh edərkən bildirib.

” Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik fəaliyyəti çərçivəsində proses mövcuddur. Biz öz tərəfimizdən hər iki tərəfi həmsədrlər tərəfindən təklif edilmiş prinsiplər əsasında sülh nizamlanması prosesində iştirakı davam etdirməyə çağırırıq”, – deyə səfir bildirib.

İstinad: report.az

Terefsiz.az