Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

0
91

Azərbaycanın iki cüdoçusu İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.

“Terefsiz.az”ın məlumatına görə, 100 kq-da çıxış edən Zelim Kotsoyev və 100 kq-dan yuxarı çəkidə yarışan Uşangi Kokauri həlledici görüşə vəsiqə qazanıblar.

Onlar qızıl medal uğrunda qarşılaşmada müvafiq olaraq niderlandlı Mixael Korrel və monqolustanlı Tsetsensengel Odxugiyn ilə üz-üzə gələcəklər.

90 kq-da yer alan Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşdə braziliyalı Rafael Makedonu sınağa çəkəcək.

Yarışın son günündə mübarizəyə qoşulmuş digər Azərbaycan cüdoçusu Camal Qamzatxanov (+100 kq) isə 1/8 finalda uduzaraq medalsız qalıb.

Qeyd edək ki, hələlik yığmanın aktivində bir gümüş medal var. Yeganə mükafatı 66 kq-da Orxan Səfərov qazanıb.

terefsiz.az