Böyük sinə qadının həyatını cəhənnəmə çevirib – FOTO

0
260

İngiltərənin Selbi şəhərinin sakini sinə ölçüsünün həddindən artıq böyük olmasına görə əziyyət çəkir, bu səbəbdən əməliyyat üçün ianə toplamağa qərar verib.

Bu barədə Terefsiz.az “The Mirror”-a istinadən xəbər yayıb.

Psixiatr köməkçisi olan Daniel Sallivan buna görə 10 yaşından əziyyət çəkdiyini deyib. Onun sözlərinə görə, məktəbdə mütəmadi olaraq bununla bağlı zarafatları dinləməli olub.

Hazırda Sallivanın sinəsinin ölçüsü 8XL-dir. Bu ona bir sıra narahatlıqlar yaradır. Məsələn 15 dəqiqəlik gəzintidən sonra onun kürəyi, çiyinləri  və dizləri ağrımağa başlayır.

“Həyatım dəhşətə çevrilib. Mütəmadi ağrılar hiss edirəm. Bu, oyananda başlayır və yatana qədər davam edir”, – deyə qadın bildirib.

O, həmçinin geyim tapmaqda da bir sıra çətinliklərlə üzləşdiyini, əksər paltarlarını sifarişlə tikdirdiyini bildirib.

Sallivan ictimaiyyət arasında görünməkdən və bütün kişilərin diqqətini öz üzərinə cəmləməkdən də utandığını deyib.

Qadın dövlət hesabına əməliyyat etdirmək istəyib, ancaq kosmetik əməliyyat növü olduğundan bu mümkün olmayıb. Bu səbəbdən ianə toplamaq qərarına gəlib. Ona səkkiz min funt lazımdır.

istinad:oxu.az