“Böyük yeddilik” İranla bağlı qərar verdi

0
244

Fransanın Biarrits şəhərində keçirilən görüşdə “Böyük yeddilik” ölkələrinin liderləri yekdilliklə  qərara gəliblər ki,  İran nüvə silahına malik olmamalıdır.

Bu barədə Yaponiyanın Kyodo agentliyi məlumat verib.

Terefsiz.az saytı xəbər verir ki, G7 liderləri Yaxın Şərq regionunda sülh və sabitliyə yardım etməyə hazır olduqlarını da bildiriblər.

Agentliyin həmsöhbətinin məlumatına görə, Yaponiyanın Baş naziri Sindzo Abe müzakirələr zamanı Tokionun “İranın uranın zənginləşdirilməsi səviyyəsini aşması ilə bağlı ciddi narahatlığını” bildirib.

Bununla yanaşı, Yaponiya hökuməti bu problemin “diplomatik yolla həllinə nail olmağa” davam etmək niyyətindədir.

Terefsiz.az