“Böyük Yeddilik” ölkələri Ukraynaya silah göndərəcək

0
127

“Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri Ukraynanın sərhədinin dəyişdirilməsini tanımadıqlarını bəyan ediblər.

“TEREFSİZ.AZ” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok G7-nin xarici işlər nazirlərinin Berlində keçirilən qeyri-rəsmi toplantısından sonra bildirib.

Onun sözlərinə görə, G7-nin XİN başçıları Ukraynaya lazım olan silah-sursatı tədarük edəcəklərinin bir daha təsdiqləyiblər. Nazirlər bildiriblər ki, Ukraynadakı vəziyyət qlobal iqtisadiyyatın inkişaf perspektivini pisləşdirib.

Qeyd edək ki, G7 Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ı birləşdirən qeyri-rəsmi beynəlxalq klubdur.

 

TEREFSİZ.AZ