Braziliya həbsxanasındakı iğtişaşlarda 50-dən çox məhbus öldü

0
160

Braziliyanın şimalındakı həbsxanalardan birində başlayan iğtişaş zamanı 50 nəfərdən çox məhbus həlak olub.

Terefsiz.az -ın verdiyi xəbərə görə, Para (Susipe) əyalətinin penitensiar sisteminin rəhbərliyi belə deyib.

Altamira bələdiyyəsinin həbsxanasındakı kütləvi iğtişaşlara iki cinayətkar qrup arasında münaqişənin səbəb olduğu bildirilir.

Məlumatlara görə, kütləvi iğtişaşlar zamanı 52 nəfər ölüb, onlardan 16 nəfərinin başı kəsilib. Daha sonra toqquşmaların baş verdiyi binada yanğın olub və bəzi məhbuslar tüstüdən boğulublar.

Özbaşınalıqlar səhər saat 7-dən başlayaraq günorta saatlarınadək davam edib. Qiyam qaldıran məhbuslar iki nəzarətçini girov götürüblər. Sonradan girovlar azad olunub.