Braziliya hökuməti Venesuela prezidenti Nikolas Maduronun yüksək vəzifəli şəxslərinə qarşı birtərəfli sanksiyalar tətbiq etməyə hazırlaşır. 

0
137

Terefsiz.az saytı xəbər verir ki, Braziliya hökuməti Venesuela prezidenti Nikolas Maduronun yüksək vəzifəli şəxslərinə qarşı birtərəfli sanksiyalar tətbiq etməyə hazırlaşır. 

Bu barədə çərşənbə axşamı “Globo” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, sanksiyalara məruz qalanların ölkəyə girişi qadağan ediləcək.

Bundan əlavə gözlənilir ki, Braziliyanın xarici işlər naziri Ernest Arauj Lima şəhərində Venesueladakı vəziyyətlə bağlı beynəlxalq konfrans zamanı müvafiq tədbirin qəbul ediləcəyini elan edəcək. Rusiya isə görüşdə iştirak etməkdən imtina edib. 

Venesuela son bir neçə ildə ciddi sosial-iqtisadi böhran keçirir. BMT-nin hesablamalarına görə, artıq 4 milyondan çox insan ölkəni tərk edib.

Terefsiz.az