Braziliya Olimpiya Oyunlarını 2 milyon dollar rüşvətlə əldə edib

0
156
A sign of the Rio 2016 Olympic is seen in front of dancers during the opening ceremony on the first day of parades at the Sambadrome in Rio de Janeiro, Brazil on February 7, 2016. / AFP / VANDERLEI ALMEIDA (Photo credit should read VANDERLEI ALMEIDA/AFP/Getty Images)

Braziliyanın Rio-de-Janeyro ştatının sabiq qubernatoru Serjiu Kabral 2016-cı il Yay Olimpiya Oyunlarının Rioda keçirilməsi üçün Beynəlxalq Olimpiya Komitəsinin (BOK) əməkdaşlarına rüşvət verdiyini etiraf edib.

Reuters” – ə istinadən Terefsiz.az saytı xəbər verir ki, sabiq qubernator BOK-un 9 üzvünün səsini iki milyon dollara aldığını bildirib.

Bununla yanaşı, S.Kabral rüşvət barədə Braziliyanın sabiq prezidentləri Xose İnasiu Lula da Silva və Mişel Temerin də xəbəri olduğunu təsdiqləyib.

Qeyd edək ki, 2016-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün Madrid, Çikaqo və Tokio da mübarizə aparıb.

BOK Braziliyada keçirilən Olimpiya Oyunlarının hazırlığına 1,5 milyard dollar ayırmışdı. Buna baxmayaraq, olimpiadaya hazırlıqlar zamanı olimpiya obyektlərinin tikintisinin gecikməsi və pozuntular kimi xeyli problemlər üzə çıxmışdı.

Xatırladaq ki, 2003-2011-ci illərdə prezident olmuş Lula da Silva hazırda korrupsiya ittihamı ilə həbs olunub. 2016-2019-cu illərdə ölkəyə başçılıq etmiş M.Temerə qarşı da eyni ittiham irəli sürülüb.

Terefsiz.az