Braziliya prezidenti yaddaşını itirib

0
181

Braziliya Prezidenti Jair Bolsonaru etiraf edib ki, ötən gün yıxıldıqdan sonra qısa müddət ərzində yaddaşını itirib.

Terefsiz.az xəbər verir ki, bu barədə J.Bolsonaru “Brand” telekanalına müsahibəsində deyib.

İqamətgahında sürüşərək başından zərbə alan prezidenti müayinə edən həkimlər bildirmişdi ki, onun həyatına təhlükə yaradacaq heç bir əlamət aşkar edilməyib.

J.Bolsonaru müsahibəsinin davamında səhər saatlarında nə ilə məşğul olduğunu xatırlamadığını deyərək, zamanla yaddaşının bərpa olunduğunu müşahidə edib.

Hərbi hospitalda prezidenti müayinə edən həkimlər ona bir müddət dincəlməyi məsləhət bilsələr də, Jair Bolsonaru hadisə baş verən gün işgüzar görüşlər keçirib.